UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdıra bilər

UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdıra bilər
XƏBƏR 4 Sentyabr 2013 / 11:41 3632
-  A +

Türkiyənin daha bir klubu UEFA tərəfindən cəzalandırıla bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Liqasında mübarizəni davam etdirən "Trabzonspor" klubu  bir zaman formasını geydiyi futbolçusu Kiki Musampanın təzminatını ödəməyib. 

Trabzon təmsilçisi sentyabrın 30-a qədər 900 min avro ödəməyəcəyi təqdirdə avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Xatırladaq ki, "Fənərbaxça" və "Beşiktaş" klubları artıq avrokuboklardan kənarlaşdırılıb. Hər iki komanda danışılmış oyunlarda iştirak etdiyi üçün bu cəzaya məruz qalıb.

Son xəbərlər
topaz banner