Arbeloa: "Özilin zarafat etdiyini düşündüm"

Arbeloa: "Özilin zarafat etdiyini düşündüm"
XƏBƏR 4 Sentyabr 2013 / 10:44 3099
-  A +

"Real"ın futbolçusu Alvero Arbeloa keçmiş komanda yoldaşı Məsut Özilin klubdan ayrılmasına inanmadığını deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, müdafiəçi jurnalistlərə açıqlamasında bildirib ki, Özil komandadan ayrılacağı xəbərini deyəndə bunun zarafat olduğunu zənn edib:

"Bu mənim üçün bir sürpriz oldu. Onun kimi bir oyunçunu itirmək oyunumuza da təsir edəcək. Özil həm insan, həm də futbolçu olaraq önəmli biridir. Bazar günü bizimlə vidalaşdı. O zaman zarafat etdiyini düşündüm. Məsut fərqli oyunçu idi. Dünyada onun kimisini çətin taparsınız".

Son xəbərlər
topaz banner