"Qəbələ" klubunun 10 futbolçusu yığma komandalara dəvət alıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanın U-19 millisi 5, U-21 millisi 2, əsas yığma komandası isə 1 futbolçuya dəvət göndərib. Sloveniya və Qvineya yığmaları hərəyə 1 oyunçunu heyətinə çağırıb.
Azərbaycanın U-19 millisinin sentyabrın 2-dən 5-dək Bakıda, 5-dən 11-dək isə Rusiyanın Novorossiysk şəhərində baş tutacaq təlim-məşq toplanışında "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də İsrailə qarşı səfər oyununda Ürfan Abbasov və Amit Quluzadə forma geymək şansı qazanıb.
Vladimir Levin isə Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Gan şəhərində baş tutacaq İsrail-Azərbaycan matçına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışına çağırılıb.
Xatırladak ki, millimiz sentyabrın 1-dən 3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Gan şəhərində təlim-məşq toplanışında olacaq.
Daha iki futbolçu - Deyan Kelhar (Sloveniya) və Omar Kalabane (Qvineya) milli komandalarının heyətinə dəvət alıb. Kelhar dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya-Albaniya (6 sentyabr) və Kipr-Sloveniya (10 sentyabr) matçlarında yer ala bilər. Qvineya yığmasının kapitanı statusunu daşıyan Kalabane dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Misir-Qvineya görüşündə meydançaya çıxmaq şansı qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi