Ruslan Abışov: "Rəqibdən çəkinmirik"

Ruslan Abışov: "Rəqibdən çəkinmirik"
XƏBƏR 3 Sentyabr 2013 / 15:42 2038
-  A +

"Hər şey yaxşıdır. Artıq komandaya qoşulmuşam və işlər qaydasında gedir. İsrail yığması ilə oyuna yaxşı hazırlaşırıq. Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları İsraillə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

"Rubin" (Kazan) klubunun üzvü R.Abışov rəqibdən çəkinmədiklərini bildirib: "İsrail yığması üçün də çox vacib oyundur. Çünki onlar pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Rəqibdən çəkinmirik. Düzdür, onlar doğma meydanda yaxşı çıxış edir, aqressiv futbol oynayır. Portuqaliya ilə matçda da bunun şahidi olduq. Buna rəğmən, komanda şəklində daha yaxşı oynamağa çalışacağıq. Rəqibdən çəkinməməli, baxımlı futbol sərgiləməliyik”.

Son xəbərlər
topaz banner