Araz Abdullayev: "Bu, yığmadakı oyunuma təsir etməyəcək"

Araz Abdullayev: "Bu, yığmadakı oyunuma təsir etməyəcək"
XƏBƏR 3 Sentyabr 2013 / 15:33 2111
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayev "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları İsraillə oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Neftçi"nin futbolçusu İsraillə oyunda əsas məqsədlərinin xal qazanmaq olduğunu bildirib:

"Klubumun son iki oyunda qələbə qazana bilməməsinin yığmadakı oyunuma təsir etməyəcəyini düşünürəm. Əsas məqsədimiz yaxşı oynayıb xal qazanmaqdır. Səfərə də bu məqsədlə çıxırıq. Baş məşqçi meydana buraxsa və hansı mövqedə şans versə, etimadını doğrultmağa çalışacağıq”.

Son xəbərlər
topaz banner