Dünən Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə "İnter" üzərində əzimkar qələbə qazanan "Simurq", məşqçilər korpusunun qərarı ilə 4 günlük istirahətə buraxılıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandanın "DÇ-2014"ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən ötrü Zaqatala təmsilçisi sentyabrın 5-də yenidən bir araya gələcək.
Elə həmin gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq komanda, ayın 9-dək qonşu ölkənin paytaxtında qalacaq və burada bir yoldaşlıq görüşü keçirəcək. Ancaq Georgi Çixradenin komandasının rəqibinin kim olacağı hələ məlum deyil.
Qeyd edək ki, "Simurq" Tiflisdə tam heyətdə bir araya gələ biləməyəcək. Milli komandalarının düşərgələrində olan futbolçular bu təlim-məşq toplanışında iştirak etməyəcəklər. "Sarı-qaralar" sentyabrın 9-da ölkəyə qayıdacaq və növbəti turun oyunlarının hazırlıqlarına start verəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil