Topaz Premyer Liqasının 5-ci turunda səfərdə "Sumqayıt”la qarşılaşan "Rəvan” mövsümdə ilk qələbəsini qazanıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub tarixində 125-ci oyuna çıxan "Rəvan” 55-ci qələbəsinə sevinib.
Sırf Premyer Liqada isə bu göstərici 69 oyuna 33 qələbədən ibarətdir. Maraqlıdır ki, Premyer Liqada ardıcıl 3-cü mövsümünü keçirən "aslanlar” hər dəfə ilk qələbə həsrətini 1 tur azaldır. Belə ki, 2011/12 mövsümündə ilk zəfər 7-ci turda (Turan – 1:0) əldə olunmuşdusa, ötən "futbol ili”ndə 6-cı turda ilk 3 xalını qazanmışdı (Qəbələ - 3:1). Paytaxt təmsilçisi bu dəfə isə 5-ci tur "siftə” edib. Ən maraqlısı da odur ki, bütün hallarda ilk qələbə səfər oyununda əldə olunub.
"Sumqayıt” ilə 11-ci dəfə üz-üzə gələn komanda 8-ci qələbəsini bayram edib. Qeyd etmək yerinə düşər ki, "Rəvan" ötən mövsümün sonlarına doğru keçirilən və komandanın turnir cədvəli baxımından heç bir önəm vermədiyi görüşü çıxmaq şərti ilə "Sumqayıt"ı bütün səfər oyunlarında udub. Özü də hamısını 1:0 hesabı ilə. I divizionda 1 dəfə belə hala rast gəlinibsə, Premyer Liqada artıq 4-cü anoloji hadisə yaşanıb.
Sumqayıtda ilk qələbəsini qazanan komanda həm də 103 günlük seriyaya son qoyub. Çünki çempionatda "Rəvan" son qələbəsini ötən mövsümün son oyununda – Lənkəranda "Xəzər Lənkəran” ilə görüşdə əldə etmişdi. Mayın 20-si baş tutan o qarşılaşmadan sonra komanda isə cari mövsümün ilk 4 matçında qələbəyə həsrət qalmışdı. Nəhayət ki, Vladislav Qədirovun komandası uğursuz seriyanı dayandıra bilib.
Artıq 26 oyundur heç-heçə etməyən komandada yeganə qolun müəllifi olan Kamil Nurəhmədov klub tarixinə Premyer Liqada "Rəvan” forması ilə qol vurmuş 23-cü futbolçu kimi düşüb. Hesabında 1 qol olan Kamil Şəhriyar Rəhimov, Şeriff Suma, Amid Hüseynov, Sallieu Bundu, Ayaz Mehdiyev, Vüsal Qarayev və Sebastyan Kastro-Telyo ilə bərabər durumdadır. Premyer Liqada komandanın heyətində ən çox qol vuran futbolçu isə Xuan Manuel Vareadır - 14 qol.
Onu da qeyd edək ki, "Sumqayıt” ilə oyun komandanın yeni transferləri – Aqil Nəbiyev və Cəmşid Məhərrəmov üçün "Rəvan” forması ilə debüt matçı olub. Onlar Premyer Liqada "Rəvan” forması geyinmiş uyğun olaraq 64-cü və 65-ci oyunçu kimi tarixə düşüblər. Bu baxımdan lider artıq komandadan ayrılmış Samuel Barlaydır - 56 oyun. O, sıralamada artıq "Rəvan”da olmayan Tural Axundovu (55) və hazırkı "17” nömrəli futbolçu Ramazan Abbasovu (50) qabaqlayır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil