Topaz Premyer Liqanın V turu bir sıra məqamlarla yadda qalıb.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu tur əsasən AZAL, "Qarabağ" və "Bakı" klubları üçün əlamətdar olub.
AZAL: yenə 5-ci turda
Topaz Premyer Liqasının 5-ci turu liderin dəyişməsi ilə əlamətdar oldu. Səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən AZAL şəxsi oyundakı qələbə sayəsində turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Vaqif Sadıqovun yetirmələri mövsümdə ilk dəfə zirvəyə sahib çıxıb.
Maraqlıdır ki, 1 il əvvəl də “təyyarəçilər” 5-ci turdan sonra turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşmışdı. Özü də indiki kimi onda da AZAL zirvədəki “Qarabağ”ı məğlub etməklə bunu bacarmışdı.
İndikindən fərqli ötən il sentyabrın 16-dakı oyunda 6:2 hesabı ilə qalib gələn AZAL həmin vaxt ehtiyatda 1 oyunu ola-ola zirvəni ələ keçirmişdi. 4 matçdan sonra hesabında 10 xal olan paytaxt təmsilçisi 350 gün əvvəl əldə etdiyi zirvəni 8 gün saxlayıb sentyabrın 24-də “Simurq”a vermişdi.
“Qarabağ” klub rekordunun 2 addımlığında dayandı
Mövsümün startında ən uzun qələbə seriyasının müəllifi olan “Qarabağ” Topaz Premyer Liqasının 5-ci turunda ilk xal itkisi ilə üzləşdi. Ardıcıl 4 qələbə qazanan Ağdam təmsilçisi AZAL-a 0:1 hesabı ilə uduzmaqla seriyasını davam etdirə bilmədi. Bununla da Qurban Qurbanovun yetirmələri klub tarixinin 2-ci uğurlu startına imza atmış oldu. Belə ki, “Qarabağ” 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında yalnız 1 dəfə startda daha çox qələbə qazanıb. 2003/04 mövsümündə Ağdam təmsilçisi ilk 6 qarşılaşmada qalib gəlmişdi. Bu dəfə klub tarixinin 2-ci nəticəsinə imza atan “Qarabağ”ın 10 il əvvəlki rekordu təkrarlamasına 2 qələbə çatmadı. Lakin bu nəticə son 10 mövsümdə ən uğurlu start oldu.
“Bakı” klub rekordunu təkrarladı
Topaz Premyer Liqasının 5-ci turu “Bakı” üçün də əlamətdar olub. Paytaxtın eyniadlı təmsilçisi ardıcıl qazandığı böyükhesablı qələbələrin sayını 3-ə çatdırıb. 3-cü turda “Rəvan”ı 5:0, 4-cü turda “Simurq”u 3:0 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri bu dəfə “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi.
“Bakı” 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi həmin vaxt da ardıcıl 3 böyükhesablı qələbə əldə etmişdi.
2008-ci il noyabrın 22-də “Turan”ı 7:0, 29-da “Muğan”ı 4:0 məğlub edən “Bakı” 2009-cu il fevralın 15-də MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil