“Qəbələ” Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran” üzərində 2:0 hesablı qələbə qazanıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümdə 3-cü dəfə meydanı 3 xalla tərk edən komanda bir neçə ilkə imza atıb.
“Qırmızı-qaralar” mövsümdə ilk dəfə oyunda hesabı açan tərəf olub. Belə ki, əvvəlki 2 qalibiyyət zamanı ilk qol rəqibdən gəlmiş, “Qəbələ” isə əzmkar qələbə ilə fərqlənmişdi.
Öncəki qələbələrini minimal fərqlə əldə edən komanda bu dəfə 2 top fərqinə sevinib. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında ilk dəfə inamlı qələbə əldə edən “qırmızı-qaralar” sonuncu dəfə ötən mövsümün 21-ci turunda 2 top fərqli zəfər çalmışdı. Həmin vaxt da rəqib “Xəzər Lənkəran” idi – 2:0. Növbəti 15 oyunda qazanılan 4 qələbənin hamısı isə 1 top fərqilə əldə olunmuşdu.
Bu dəfəki qələbə həm də klub tarixində evdə qazanılan 70-ci qələbə olub. 13 dəfə I dəstə, 10 dəfə kubok və 47 dəfə Premyer Liqada qonaqları məğlub edən “Qəbələ” öz meydanındakı 138-ci qarşılaşmada 70-ci dəfə qalib gəlib.
Yeni komandasında qol hesabını açan Lorenzo Ebesilio “Qəbələ”də qol sevinci yaşayan 80-cı futbolçu olub. Daha 6 qol isə rəqiblərin avtoqolu sayəsində mümkün olmuşdu. Ebesilio 80 nəfərlik siyahıda ilk hollandiyalı kimi tarixə düşüb. Belə ki, onadək “qırmızı-qara” formada çıxış etmiş hollandiyalılar - 55 oyun keçirən Stiv Olfers və 2 matçın iştirakçısı olan Con Kollins qola həsrət qalmışdı. Ebesilio Premyer Liqada “Qəbələ” üçün qol vuran 60-cı oyunçudur.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil