"Milan" Kakanı geri qaytardı

"Milan" Kakanı geri qaytardı
XƏBƏR 2 Sentyabr 2013 / 10:25 3323
-  A +

İtaliyanın "Milan" klubu daha bir transferi gerçəkləşdirib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, klubun prezidenti Adriano Qalliani sabiq futbolçuları Kakanı heyətlərinə qatdıqlarını deyib.

Braziliyalı yarımmüdafiəçi ilə iki illik rəsmi müqavilənin imzalanacağı bildirilib.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2009-cu ildə 55 milyon avro müqabilində məhz "Milan"dan "Real"a transfer olunub.

Son xəbərlər
topaz banner