Qaret Beyl 99 milyon avroya rəsmən "Real"da

Qaret Beyl 99 milyon avroya rəsmən "Real"da
XƏBƏR 2 Sentyabr 2013 / 00:40 3779
-  A +

Uzun müddətdir adı "Real"la (Madrid) hallanan "Tottenhem"in futbolçusu Qaret Beylin transfer məsələsi həll olunub.

Qol.Az-ın məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı xəbər yayıb. 

Bildirilir ki, uelsli yarımmüdafiəçi  bu gün yerli vaxtla saat 14:00-da 6 illik rəsmi müqaviləyə qol çəkəcək və futbolçu ictimaiyyətə təqdim olunacaq.

"Real" transfer üçün İngiltərə klubuna 99 milyon təzminat ödəyəcək. Futbolçu özü isə 6 ilə 60 milyon avro qazanacaq.

Son xəbərlər
topaz banner