Dieqo Lopez Kasilyası rahat buraxmır

Dieqo Lopez Kasilyası rahat buraxmır
XƏBƏR 1 Sentyabr 2013 / 00:35 3232
-  A +

Joze Mourinyonun ardından Karlo Ançelottinin gəlişi ilə də forma geyinə bilməyən "Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas daha bir təhlükə ilə üz-üzə qalıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, yanvar ayından sonra Madrid klubu ilə heç bir rəsmi matçda forma geyinə bilməyən təcrübəli qolkiper İspaniya millisinin də ehtiyat oyunçular skamyasında qala bilər.

Belə ki, İspaniya millisinin baş məşqçisi Visente Del Boske də son oyunlar daha çox formada olan Dieqo Lopezi əsas qapıçı kimi oynada bilər. Bu baxımdan sentyabrın 6-da Finlandiya ilə matçda baş məşqçinin edəcəyi seçim çox önəmlidir.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə