Mourinyo: "Ən yaxşı komanda uduzdu"

Mourinyo: "Ən yaxşı komanda uduzdu"
XƏBƏR 31 Avqust 2013 / 12:13 2607
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo UEFA Superkubokunda "Bavariya" ilə oyundan sonra (2:2, pen 4:5) açıqlamalar verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis meydandakı ən yaxşı komandanın oyunu uduzduğunu deyib:

"Qazanmaq bizim haqqımız idi. Amma hər zaman yaxşılar qalib gələ bilmir. UEFA qarşılaşmalarında bir oyunçu az oynamaqla bağlı yaxşı təcrübələrim var. Onlar kuboku aldı, amma ən yaxşı klub uduzdu".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçının 85-ci dəqiqəsində London klubunun futbolçusu Ramires qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda klublar hərəyə bir dəfə yenidən fərqləndiyi üçün penaltilər seriyasında qalib müəyyənləşib. Burada Münhen təmsilçisi 5:4 hesabı ilə qələbə qazanaraq kubokun sahibi olub.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə