"Bu, "Çelsi" - "Bavariya" oyunudur, Mourinyo - Qvardiola dueli yox"

"Bu, "Çelsi" - "Bavariya" oyunudur, Mourinyo - Qvardiola dueli yox"
XƏBƏR 30 Avqust 2013 / 14:08 2086
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo bu axşam UEFA superkuboku çərçivəsində qarşılaşacaqları "Bavariya" ilə oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu matçın Mourinyo - Qvardiola dueli kimi dəyərləndirməyin əleyhinə çıxıb:

"Bu axşam "Çelsi" - "Bavariya" finalı olacaq, Mourinyo - Qvardiola dueli yox. Rəqibin gücü hər kəsə bəllidir. Onların heyətində səviyyəli karyeraya malik futbolçular çıxış edir. "Bavariya" hər mövsüm böyük titullar uğrunda mübarizə aparır".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner