“Qəbələ” Futbol Akademiyası bir neçə gün öncə 2013-2014 mövsümünə start verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 yaş qrupu üzrə komandalar artıq gündəlik məşqlərlə aşağı yaş qrupları üzrə çempionatlara hazırlaşırlar.
“Qəbələ” Futbol Akademiyasının direktoru kimi ilk futbol ilinə başlayan Stenli Brardla söhbət zamanı bir sıra maraqlı məqamlara aydınlıq gəlib. Hollandiyalı mütəxəssis mövsümə əla start verdiklərini, hazırda komandaların komplektləşdiyini söyləib:
“Mövsümə əla start verdik. Hər şey planlaşdırdığımız kimi davam edir. Artıq bütün komandalarımız bir neçə gündür ki, məşqlərə başlayıb. Qruplarımız məşqlərə yeni başladığından onlar haqqında hələ ki, ətraflı məlumata malik deyiləm. Komandalarımız komplektləşməkdədir. Akademiyamızda yeni futbolçular və məşqçilər var. Sentyabr ayı ərzində başqa yeni futbolçuların gəlişi də gözlənilir. Məşqçilərimiz səylə, ən əsası isə birlikdə yardımlaşaraq çalışırlar. Öncə də dediyimiz kimi bu bizim əsas hədəflərimizdəndir”.
Brard hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq məşqlərin səhər saatlarında keçirildiyini bildirib. Akademiya direktoru yeni dərs ilinin başlamasından sonra məşq qrafikinin dəyişəcəyini deyib:
“Məşqlərimizi səhər saatlarında keçirik. Hazırda futbolçularımız yay tətilindədirlər, yəni məktəbdən azaddırlar və bu da bizə səhərlər hazırlıq keçməyə imkan verir. Səhər saatlarında hava daha sərin olur, bu səbəbdən məşqlərimiz daha effektiv alınır. Yeni dərs ilinin startına kimi bu qrafiklə davam edəcəyik. Məktəblərin açılışından sonra isə qrafikimizi dəyişəcəyik. Məşqlərimizi əsas bazamızdakı meydançalarda və Böyük Əmili qəsəbə stadionunda keçiririk”.
Brard işlərinin meydançalarda bitmədiyini, bütün akademiya heyəti üçün tez-tez müxtəlif səpkili toplantıların keçirildiyini bildirib: “İşimiz təkcə meydançalarda məşqlər keçməklə bitmir. Futbolçu və məşqçi heyəti üçün müxtəlif mövzulu toplantılar təşkil edirik. Toplantılarda intizam qaydaları, psixoloji hazırlıq və infrastrukturdan düzgün istifadə barədə söhbətlər aparırıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı