Ruslan Abışov oynadı, komandası qrup mərhələsində

Ruslan Abışov oynadı, komandası qrup mərhələsində
XƏBƏR 29 Avqust 2013 / 21:52 3229
-  A +

Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" (Kazan) klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Kazan təmsilçisi doğma azarkeşləri önündə "Molde" ilə qarşılaşıb.

Görüş 3:0 hesabı ilə "Rubin"in xeyrinə başa çatıb. Rusiya təmsilçisinin baş məşqçisi Qurban Berdıyev bu görüşdə Ruslana da şans verib. Abışov matçın 64-cü dəqiqəsində Bibars Natxonu əvəzləyib. 

Qeyd edək ki, bu qələbə sayəsində "Rubin" yenidən Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanıb.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq