"Arsenal"ın hücumçusu sıradan çıxdı

"Arsenal"ın hücumçusu sıradan çıxdı
XƏBƏR 29 Avqust 2013 / 17:30 1824
-  A +

İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib.

Qol.Azın klubun saytına  istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının pley-off mərhələsində "Fənərbaxça" ilə oyunda zədələnən Lukaş Podolskinin zədəsinin ciddi olduğu məlum olub. Onun 10 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Klubun baş məşqçisi Arsne Venger isə alman hücumçunun yoxluğunda onlara çətin olacaqlarını deyib: "Gözlədiyimizdən də pis bir nəticə ilə qarşılaşdıq. Səbirli olmalıyıq".


Son xəbərlər