Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)

Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)
XƏBƏR 12 Avqust 2013 / 15:40 2699
-  A +

Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti, iş adamı Anar Məmmədov rəhbəri olduğu qurumun fəaliyyəti haqda açıqlama verib.

Qol.Az-ın məlumatına görə, A.Məmmədov Facebook-dakı rəsmi səhifəsində Azərbaycan üçün tamamilə yeni bir idman növü sahəsində fəaliyyət göstərən Qolf Federasiyasının fəaliyyəti haqda yazıb, qurumun işi ilə bağlı qısa informasiya və şəkilləri paylaşıb.


O qeyd edib ki, AQF  2012-ci ilin yanvarında təsis olunub, həmin ilin oktyabrında Avropa Qolf Federasiyasına, 2013-cü ilin yanvar isə Beynəlxalq Qolf Federasiyasının üzvü seçilib.

“2012-ci ilin martında Qubada 18 dəlikli qolf meydançasının tikintisinə start verilib. 2013-cü ilin yanvarında Baku mini-qolf Akademiyasının tikintisi başlayıb. 2014-cü ildə Qolf üzrə Azərbaycanın ilk həvəskar çempionatı keçiriləcək. 2014-cü ildə Azərbaycanda Beynəlxalq Qolf tədbiri keçiriləcək” – deyə o qeyd edib.

A.Məmmədov Qubadakı qolf meydançasının şəkillərini də paylaşıb.

Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)

 
Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)
 
Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)
 
Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)
 
Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)
 
Anar Məmmədov Qubadakı qolf meydançasından yazdı (FOTOLAR)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner