İyulun 7-də Qəbələ Olimpiya Kompleksində eyniadlı klubla Türkiyə “Fənərbağça”sının boks komandaları üz-üzə gələcəklər. Bununla əlaqədar Qəbələdə hər iki komandanın iştirakı ilə mətbuat konfransı təşkil olunub.
“Qəbələ” klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov gözəl şou olacağına söz verib: “Çünki bura “Fənərbağça”nın ən güclü boksçuları gələcəklər. Bizim “Fənərbağça” ilə sıx əlaqələrimiz var. Bu klubdan bizə dedilər ki, dəvət etsəniz, böyük məmnuniyətlə gələ bilərik. Təşəbbüska isə hakim dostumuz Kibar Tatar oldu”.
Məmmədov çalışdığı klubda boks bölməsinin cəmi 5 ay öncə yaradıldığını xatırladaraq, ötən müddətdə ən böyük uğurlarından biri kimi məhz “Fənərbağça” ilə Qəbələdə döyüş keçirmələrini qeyd edib: “Klubumuzun rəhbərliyi qarşımıza böyük planlar qoyulub. Əgər qısa müddətdə belə böyük iş görülübsə, gələcəkdə daha böyük uğurlarımız olacaq. Boks bölməsinə əsasən gənc və perspektivli idmançıları seçmişik. Bu işdə baş məşqçimiz Lazaro Himenes Martines fəal iştirak edib. O, 50-dək boksçu arasından seçim aparıb. Artıq Qəbələ boks yığmamız üçün bazadır. Hamı burada məşq edir. Özüm də bir idmançı kimi hər zaman türk millətinin güclü olmasına çalışıram. Ona görə də dəvətimizi qəbul edərək, Qəbələyə gələn “Fənərbağça”ya iki dövlət arasında qardaşlıq münasibətlərini daha da yaxınlaşdırdıqları üçün minnətdaram”.
“Fənərbağça” boks bölməsinin rəhbəri Mert Öztemel bildirib ki, türk qardaşları ilə görüşmək və dostluq üçün Qəbələyə gəliblər: “Artıq 4 gündür buradayıq. Hər şey istədiyimizdən də yaxşıdır. Komandamız Türkiyə millisinin üzvlərindən ibarətdir. Onlardan 4-ü böyük, 4-ü isə gənclərdən ibarət yığmalarda çıxış edir. Bu gündən “Qəbələ”ni qardaş klub elan edirik və hər il qarşılaşmaq istəyirik. Qoy, iki komandanın görüşündə nəticədən asılı olmayaraq, dostluq qazansın”.
Eyni zamanda Türkiyə Boks Federasiyasının (TBF) I vitse-prezidenti olan Öztemel Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Süleyman Mikayılovla yaxın münasibətlərindən də danışıb. O bildirib ki, “Qəbələ” də “Fənərbağça” kimi boksa çox böyük sərmayə qoyur. TBF rəsmisi vaxtilə “Fənər”in və Türkiyə millisinin üzvü olmuş dünya çempionu və olimpiya mükafatçımız Ağası Məmmədovu yaxından tanıdığını da əlavə edib: “Ağası mənim boksçum olub. Çox sevdiyimiz idmançı idi. Türkiyə millisində ikən Avropa çempionu, dəfələrlə Türkiyə çempionu oldu. Amma Azərbaycana özü qayıtmaq istədi. Görünür, Türkiyədə sıxılırdı. Mənə dedilər ki, o, “Qəbələ” ilə görüşümüzü izləməyə gələcək”.
Öztemelin sözlərindən o da aydın olub ki, “Fənərbağça” İdman Klubunun prezidenti Aziz Yıldırımın 2 il öncə həbsindən sonra peşəkar boks klubu yaratmaq istəklərində problem yaranıb. Nəticədə WSB (Ümumdünya Boks Seriyası) Liqasında eyniadlı klubla təmsil olunmaq istəkləri hələ də baş tutmur. Lakin o, gələcəkdə belə bir layihələrinin olmasını mümkün sayıb: “Çünki bu, klubumuzun tanıdılması adına böyük iş sayılacaq. Biz də ən qısa zamanda “Qəbələ”ni İstanbula dəvət etməyi düşünürük”.
“Fənərbağça” boks bölməsinin baş məşqçisi Süleyman Öztürk Qəbələdə yaradılan şəraiti super adlandırıb: “Əvvəllər qızlardan ibarət yığmada çalışmışam. Azərbaycanda da qadınlardan ibarət komandanın yaradılmasına sevindim. “Qəbələ” ilə döyüşə gəlincə, bu, bizim üçün çox yaxşı hazırlıq matçı olacaq. Burada dəbilqəsiz döyüşlər keçiriləcək. Boksda heç vaxt rəqibi kiçiltmək olmaz. Rəqib də güclüdür. Yekunda dostluq qazanacaq”.
“Qəbələ” boks bölməsinin baş məşqçisi də rəhbərlik etdiyi komandanı tərifləyib: “Bu vəzifəyə yeni təyin olunsam da, çox istəkli, çox həvəsli və istedadlı boksçularımız var. Psixoloji cəhətdən çox möhkəm komandanı ilk dəfədir görürəm”.
Qeyd edək ki, “Qəbələ” – “Fənərbağça” görüşü saat 21:00-da başlanacaq.
(Lent.az).
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video
"Bavariya"da 756-cı - sonuncu oyun
Ayağı qırılan Musiala neçə ay oynamayacaq?
"Araz-Naxçıvan"ın rəqibi "Anderlext"lə qarşılaşdı
PSJ "Bavariya"ya belə qalib gəldi - Video
“Qalatasaray”a transferi gərçəkləşmək üzrədir
PSJ və "Real" yarımfinalda
Azərbaycan güləşçisi Avropa çempionu oldu
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal