“Bakı” klubunun prezidenti Hafiz Məmmədov İspaniya kubokunun “Real” və “Atletiko” komandaları arasında "Santyaqo Bernabeu" stadionunda keçirilən final oyunu zamanı İspaniya kralı Xuan Karlos I tərəfindən qəbul olunub.
Qol.Az-ın məlumatına görə, görüş zamanı H.Məmmədov krala Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizə səfər etmək dəvətini bir daha təsdiqləyib, səfərin yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu bildirib.
Daha sonra H.Məmmədov İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo ilə görüşdə qarşı tərəf dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, yaxın zamanlarda Azərbaycan Respublikasında İspaniya Krallığının Səfirliyinin açılmasını bir daha təsdiqləyib, ölkəmizə səfər etməyi planlaşdırdığını və açılış mərasimində şəxsən iştirak etmək arzusunda olduğunu vurğulayıb. Eyni zamanda nazir qeyd edib ki, aprelin 29-30-da "Atletiko" (Madrid) klubunun Azərbaycana səfər zamanı müşayiət etmiş İspaniyanın nüfuzlu iş adamları bu prosesin səfirliyin tez bir zamanda açılmasını təkidlə israr etmiş, Azərbaycanla iqtisadi əlaqələrə böyük önəm verdiklərini bildiriblər.
Öz növbəsində H.Məmmədov dövlətimizin İspaniya ilə əlaqələrin hərtərəfli genişləndirməsinə hazır olduğunu, qarşılıqlı yüksək səviyyəli səfərlərin münasibətlərimizin möhkəmləndirilməsinə mühüm təkan verə biləcəyini qeyd edib.
H.Məmmədov İspaniya Krallığının baş nazirinin müavini xanım Soraya Saenz de Santamaria, mədəniyyət və idman naziri Xose İqnasio Orteqa və turizm naziri Xose Manuel Lopezlə keçirdiyi görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, mayın 18-də "Atletiko"nun İspaniya kubokunun finalındakı qələbəsi ilə bağlı Madrid şəhərinin mərkəzində tədbir təşkil olunub. Yüzminə yaxın azarkeşin iştirak etdiyi tədbirdə "Atletiko" klubunun oyunçuları üzərində Azərbaycan Respublikasının bayrağı ilə bəzədilmiş avrobusla gəliblər. Səhnədə "Azerbaijan: land of fire" adlı böyük banner quraşdırılıb. Həmçinin qeyd etmək lazımdır ki, şənlik zamanı " Atletiko" klubunun aparıcı oyunçularından biri, əslən türk olan Arda Turan Azərbaycan və Türkiyə bayraqlarına bürünüb.
HAFİZ MƏMMƏDOV "ATLETİKO"NUN TƏŞKİL ETDİYİ TƏDBİRLƏRDƏ
Yuxarı
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu