Georgi Hacı: "Qalatasaray" səfərdə daha yaxşı oynayır"

Georgi Hacı: "Qalatasaray" səfərdə daha yaxşı oynayır"
DÜNYA FUTBOLU 21 Mart 2013 / 18:34 3677
-  A +

“Qalatasaray”ın sabiq futbolçusu və baş məşqçisi Georgi Hacı keçmiş komandasının ÇL-ın 1/4 finalında "Real"la oynayacağı matçla bağlı fikirlərini bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, əvvəlcə "Qalatatasaray"dakı karyersından danışıb: "Qalatasaray"a gedəndə 31 yaşım var idi. Hamı qocaldığımı söyləyirdi. Ancaq orada Avropa kubokunu qazandım. Yaxşı gəlir əldə etdim. Hamı məni tanıdı. Sonra Avropa superkubokunu qazandıq. Finalda "Real"ı məğlub etmişdik. Hamı "bir türk komandası necə bu qədər uğur qazanır?" - deyə təəccüb edirdi".  

“Qalatasaray”ı “Real”a bənzədən keşmiş baş məşqçi deyib: “Bu komandaların hər bir əks-hücumu qarşısıalınmazdır. “Qalatasaray” səfərdə evdəkinə nisbətən daha yaxşı oynayır. Nəzərə alaq ki, Çempionlar Liqasında  əfərdə yalnız “Mançester Yunayted”ə məğlub olublar. Ancaq o matçda da rəqiblərindən daha yaxşı oynadılar”.

G.Hacı “Real”ın çox güclü olduğunu və buna görə türk klubunu çətin sınaq gözlədiyini qəbul edib: “Ancaq “Qalatasaray”ın Droqba və Sneyder kimi iki önəmli futbolçusu var. Ümid edirəm, “Cim-bom” mənim zamanımdakından daha yaxşı komanda olar”.

Ruminiyalı mütəxəssis “Real”ı bu turnirin favoriti göstərib. “La liqada lider olmasalar da , Çempinolar Liqasında yaxşı oyun nümayiş etdiriblər”.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi