"Qızıl top" Ronaldoya verildi

"Qızıl top" Ronaldoya verildi
DÜNYA FUTBOLU 21 Mart 2013 / 12:21 5916
-  A +

FİFA-nın hər il dünyanın ən yaxşı futbolçusuna verdiyi "Qızıl top” mükafatının bənzəri bu dəfə Kriştiano Ronaldaya verilib.

Qol.Az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, bir qrup  gənc qadın keksdən hazırladığı “Qızıl top”u milli komandanın bazasında Ronaldoya hədiyyə ediblər. Azarkeşlərin bu hərəkətindən xeyli təəccüblənən futbolçu hədiyyəni qəbul edib. Bu zaman qadınların əynində “Sənin xəyallarını keks etdik” yazılı köynəklərin olması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu dünyada ilin ən yaxşı futbolçusu adına 2008-ci ildə layiq görülüb.



Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi