Mourinyo FİFA-nı saxtakarlıqda ittiham etdi

Mourinyo FİFA-nı saxtakarlıqda ittiham etdi
DÜNYA FUTBOLU 20 Mart 2013 / 00:40 4080
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo 2012-ci ilin ən yaxşı baş məşqçisi seçimində saxtakarlıq edildiyini iddia edib.

Qol.Az-ın məlumatına görə, İspaniyada televiziya proqramlarının birində iştirak edən baş məşqçi deyib ki, səsvermədə ona verilən səslər başqalarının adına yazılıb. Buna görə portuqaliyalı mütəxəssis mükafatlandırma mərasiminə getməyib. “Getmədiyimi üçün də peşman deyiləm. Doğru qərar bu idi” - deyə o bildirib.

Qeyd edək ki, 2012-ci il in ən yaxşı baş məqçisi adına İspaniya milli komandasının çalışdırıcısı Visente Del Boske layiq görülüb.

Son xəbərlər