Arda Turan: "Qələbə üçün türk xalqının dəstəyinə ehtiyacımız var"

Arda Turan: "Qələbə üçün türk xalqının dəstəyinə ehtiyacımız var"
DÜNYA FUTBOLU 20 Mart 2013 / 00:25 3796
-  A +

Türkiyə milli komandasının futbolçusu Arda Turan DÇ-2014-ün seçmə mərhələsində Andora oyun öncəsi fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, Türkiyənin “NTV Spor” kanalına danışan hücumçu qələbənin vacibliyini vurğulayıb: “İki matçı da qələbə ilə tamamlasaq, qarşımıza daha fərqli cədvəl çıxacaq. Hədəfimiz 2014-cü il dünya çempionatına getməkdir. Necə olur-olsun, bunu mütləq bacarmalıyıq. Qələbə üçün türk xalqının dəstəyinə böyük ehityacımız var”.

Türk futbolçu əvvəlki oyunlarda yaxşı oyun nümayiş etdirmədiklərini də etiraf edib: “Ancaq mübarizə aparmağa davam edəcəyik. Qrup mərhələsini keçəciyimizə inanırıq”.

Son xəbərlər