Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo ÇL-nın 1/4 finalında qarşılaşacaqları “Qalatasaray” haqqında ilk dəfə olaraq geniş açıqlama verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqanın “Kayserispor” – “Qalatasaray” matçını izləyən Mourinyo İspaniyaya qayıtdıqdan sonra rəqibləri haqda danışıb.
“Türkiyəyə gedib gözlədiklərimlə qarşılaşdım. “Qalatasaray”ın oyununu izlədim. Qarşımda ÇL-i yaxşı bilən və iki Avropa kubokunu qazanmış komanda var idi. Droqba, Sneyder, “Arsenal”da oynamış Eboue, “Yuventus”da oynamış Felipe Melo, “Liverpulda oynamış Albert Riera, “Latsio”da oynamış Muslera bu komandada çıxış edir. Bu futbolçuların yaxşı oyun təcrübələri var. Komandanın baş məşqçisi isə çox təcrübəli, İtaliyada da çalışmış bir mütəxəssisdir”.
Mourinyo “Qalatasaray”la oyunun çətin olacağını bildirib: “Borussiya” (Dortmund) və “Mançester Yunayted” matçları çətin oldu. Bu oyununda çətin olacağını gözləyirəm. Çempionatda “Qalatasaray”ın oyunu İstanbuldan 700 kilometr aralıda keçirilsə də, 15 min “Qalatasaray” azarkeşi var idi. İlk oyunda üstünlük cütün taleyini həll etməliyik. Çünki İstanbuldakı oyun çox çətin olacaq. Ancaq az da olsa üstün tərəf bizik”.
Portuqaliyalı mütəxəssis Didye Droqbanı xüsusi vurğulayıb: “Droqba adından da böyük bir futbolçudur. Bunları əvvəlcədən demək məni narahat etmir. Çünki Droqba mənim kim olduğumu və ürəyimdə ona qarşı hansı hisslər olduğunu bilir. O, mənim fovoritimdir. Başqa bir dünyanın adamıdır. İmkansız şeyləri bacara bilən futbolçudur. Kayseridə Droqba, Sneyder və Həmidlə bir yerdə olmaq çox əyləncəli idi. Fatih Terimlə də münasibətim çox yaxşıdır. Fergüssonla olduğu kimi onunla da səmimiyik. Oyundan sonra məni paltardəyişmə otağında futbolçularla tanış etdi. Bu, sadəcə, yaxşı münasibətdən irəli gəlir. Ona görə də bu səfərimdən çox razı qaldım”.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko