Tannmış futbolçunu aldadıb 330 milyon rubl "atdılar"

Tannmış futbolçunu aldadıb 330 milyon rubl "atdılar"
DÜNYA FUTBOLU 19 Mart 2013 / 17:44 4255
-  A +

Rusiya milli komandasının və “Zenit” klubunun futbolçusu Aleksandr Kerjakova 330 milyon rubl pul "atıblar". Lent.az-ın məlumatına görə, bu barədə tanınmış hücumçunun vəkili İqor Reşetnikov açıqlama verib.
 
O bildirib ki, Kerjakova Voronej vilayətinin Panin rayonunda neftayırma zavodunun sahiblərindən biri olacağı deyilib. Müəssisənin 2012-ci ilin noyabrında işə düşəcəyi vəd olunub. Amma hələ də belə bir zavod yoxdur. Kerjakovun isə VİP-müştəri olduğu “Gazprombank”dakı şəxsi hesabından pullar itib. Voronejli biznesmen Mixail Surinin adına köçürməni bank meneceri Vladimir Baqayev aparıb.
 
Qeyd edək ki, faktla bağlı “Dələduzluq” maddəsi ilə cinayət işi qaldırılıb.

Son xəbərlər