“Qəbələ” klubunun qapıçısı Anar Nəzirovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 22-ci turunda AZAL-a 1:6 hesablı məğlubiyyətə nə səbəb oldu?
- Bu məğlubiyyətdən sonra komandamız haqqında çox sözlər deyilir. Guya “Qəbələ”də futbol yoxdur. Çoxları “Qəbələ”ni “baltalamağa” başlayıb. Halbuki, 2-3 həftə bundan qabaq hamı “Qəbələ”nin yaxşı oyunundan danışır, bizi tərifləyirdilər. Komandamızda gecəsini gündüzə qatan insanlar var. Hamımız çox çalışırıq ki, yaxşı nəticə qazanaq. Futbolda belə şeylər olur. Məğlubiyyətə hər cür bəhanə tapmaq olar. Amma qapıda mən durmuşamsa, gərək komandanı xilas edəydim. Komanda pis oynaya bilər. Amma əsas məsuliyyət qapıçının üzərinə düşür. Oyuna görə mən cavabdehlik daşıyıram. Külək topun səmtini tez-tez dəyişirdi. Bunları bəhanə etmək istəmirəm. Ancaq işimizə əngəl olan amillərdir.
- Buraxılan altı qolda əsas kimin səhvi oldu?
- Deməzdim ki, AZAl güclü oynadı. Sadəcə, ikinci hissədə bizdə heç nə alınmadı. Qol buraxandan sonra komandamız “sındı”. Altı qol buraxmışamsa, mənim səhvimdən olub. Yenə deyirəm, məsuliyyəti üzərimə götürürəm.
- Ola bilərmi ki, gücünüzü “Qarabağ”la kubok oyununa saxlayırdınız?
- Bunu çoxları deyir. Amma qətiyyən belə deyil. AZAL-la oyuna çox ciddi hazırlaşmışdıq. Oyun bizim üçün vacib idi. Heç kim istəməz ki, qapısından altı top buraxsın. “Qarabağ”la oyunda hər kəs “Qəbələ”nin gücünü, AZAL-a məğlubiyyətin təsadüf olduğunu görəcək.
- Hər halda kubok oyunlarına daha önəm verəcəyiniz təbiidir. Çünki avrokuboklarda iştirak etmək üçün ən yaxın yol kubok oyunlarıdır.
- Ramiz müəllim bizi hər oyuna elə kökləyir ki, sanki final matçına çıxırıq. Bizim üçün həm kubok, həm də çempionat oyunları önəmlidir. AZAL-la oyunda da qələbəyə köklənmişdik. Hər il belə sensasiyalı nəticə olur. AZAl “Qarabağ”a da altı qol vurmuşdu. Bu o demək deyil ki, “Qarabağ” zəifdir.
- Oyundan sonra Ramiz Məmmdəov sizinlə söhbət etdi?
- Özümüzə gəlmək üçün bizi bir günlük istirahətə buraxdı. Gərginliyi üzərimizdən atmaq üçün bu vacib idi. Yəqin ki, bu barədə söhbəti olacaq, öz iradlarını və tapşırıqlarını bizə bildirəcək.
- Qarşıdan “Qarabağ”la kubok oyununuz gəlir. Oyunqabağı komandanızda ab-hava necədir? Psixoloji gərginlikdən çıxa bilmisiniz
- Yenə deyirəm Ramiz müəllim bizi oyuna elə hazırlayır ki, elə bil döyüşə çıxırıq. Psixoloji cəhətdən bizdə heç bir problem ola bilməz.
- Öz meydanınızda 1:1-lik hesab qeydə alınmışdı. Bu nəticəylə növbəti mərhələyə çıxmaq şanslarınızı necə görürsən?
- “Qarabağ” güclü komandadır. Ancaq “Qəbələ”də zəif deyil. Demək olar ki, eyni səviyyəli komandalardır. Şanslarımızı bərabər görürəm. Bu oyuna daha ciddi hazırlaşırıq. AZAL-la oyundan yaxşı nəticələr çıxarmışıq. Bu görüşdə hər şeyin daha yaxşı olacağına inanırıq.
- “Qarabağ”la kubokun ilk oyununda meydana çıxmamışdın. Bu oyunda səncə Ramiz Məmmədov sənə şans verə bilər? Nəzərə alaq ki, AZAL-la oyunda səhvlərin çox olub.
- Ramiz müəllim oyun gününə qədər bizə start heyəti bildirmir. Ona görə də bu haqda nəsə deyə bilmirəm. Futbolçularımızın hamısı start heyətdə oynamağa qadirdir. Bizdə sağlam rəqabət gedir. Kimin qapıda durmağının heç bir fərqi yoxdur. Əsas odur ki, komandamız qələbə qazansın.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi