“Simurq” klubunun kapitanı Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 22-ci turunda çempionatın autsayderi “Kəpəz”lə qarşılaşdınız. Qalib gələ bilməməyinizin səbəbi nə oldu?
- “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində olmasına baxmayaraq, dünən çox yaxşı təsir bağışladı. Heyətində gənc oyunçular özlərini göstərməyə çalışırdılar. Erkən qol buraxmağımız da bir qədər bizi ruhdan saldı, işimizi çətinləşdirdi. Hava küləkli olduğundan istədiyimiz oyunu göstərə bilmədik.
- Razısan ki, qış fasiləsindən əvvəl komandanız bundan yaxşı oyun nümayiş etdirirdi?
- Bəli. Çempionatın əvvəlində daha yaxşı başlamışdıq. Nədənsə, son vaxtlar oyunumuz alınmır.
- Fasilədən sonra artıq dördüncü oyundur ki, qələbə qazana bilmirsiniz.
- Doğrudur. İstər-istəməz oyumuz alınmalıydı. Bizə hazırda bir qələbə lazımdır ki, komanda özünə gəlsin.
- “Simurq”un turnir cədvəlində dördüncü yerdə olması sizi qane edir? Bu gün üçün dördüncü yer necə nəticədir?
- Çempionatın əvvəlində lideriydik. Bu mənada, indi yaxşı yerdə deyilik. O vaxt fikirləşmirdik ki, dördüncü yerə düşərik. Ancaq onu da nəzərə alanda ki, bizdən yuxarı pillələrdə “Qarabağ”, “Neftçi”, “İnter” kimi komandalar qərarlaşıb, nəticəni yaxşı hesab etmək olar. Dördüncü yer məni qane edir. Çalışacağıq ki, daha yuxarı pillələrdə qərarlaşaq.
- Bu il əsas hədəfiniz nədir?
- Çempionat başlayanda ilk hədəfimiz “altılığ”a düşmək idi. İndisə rəhbərlik ilk “üçlüy”ə düşməyi qarşımıza məqsəd qoyub. Çalışırıq ki, xallarımızı artırıb turnir cədvəlində ən azı üçüncü yerə qalxaq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bunu üçün kubok oyunlarına da ciddi yanaşırıq.
- Yeri gəlmişkən, kubokun cavab oyununda “Neftçi”ylə qarşılaşacaqsınız. Öz meydanınızda 0:0 hesabı qeydə alınmışdı. Bu hesabla növbəti mərhələyə çıxmaq şansınızı necə görürsən?
- Ev oyununda qol buraxmamağımız bizə üstünlük verir. Ancaq “Neftçi” də elə rəqiblərdəndir ki, hesabı öz xeyirlərinə dəyişə bilər. Səfərdə bir qol vursaq, mərhələni keçmək çətin olmayacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi