Milli komandamızın kapitanı, Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Rəşad Sadıqovun digər superliqa təmsilçisi “Ankaragücü”nə keçəcəyi barədə məlumatlar yayılıb. Qol.Az-ın məlumatına görə, paytaxt klubunun əslən İzmitdən olan baş məşqçisi Hikmet Karaman “Özgürkocaeli”yə verdiyi açıqlamada bu xəbəri təkzib edib: “Bu cür xəbərləri menecerlər yayırlar. Onlar öz oyunçularına klub tapmaq, onların qiymətlərini qaldırmaq üçün bu cür yola əl atırlar. Açıq şəkildə bəyan edirəm - biz nə Rəşad Sadıqovla, nə də “Kocaelispor”un başqa bir futbolçusuyla maraqlanmırıq. Mən “Kocaelispor”dan yalnız Akeemi heyətimizə qatmaq istəyirdim. Hələ mövsümün gedişində “Kocaelispor”un prezidenti Serhan Gürkanla əlaqə saxlayıb, bu futbolçunun klubla müqaviləsi olub-olmadığını soruşdum. Klub başçısı Akeemin hələ də klubla müqaviləsi olduğunu dedi. Bundan sonra mən də istəyimdən vaz keçdim”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək