“Qəbələ” klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/4 finalında “Qarabağ”la keçirdiyiniz oyun haqda fikirlərin necədir?
- Matç hər iki komanda üçün çətin keçdi. Qələbə qazanmaq istəyirdik. Buna yaxınıydıq. Ancaq sonradan qapımızdan qol buraxdıq. Gələn oyun əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayan biz olaq.
- Buraxdığınız qolda müdafiəçilərin səhvi oldu, yoxsa “Qarabağ”ın hücumları kəsərli idi?
- Qol adi epizodda vuruldu. Hansısa xüsusi kombinasiya yox idi. Məncə, buraxılan qolu heç kimin üzərinə atmaq olmaz. Qolu bütün komandanın səhvindən buraxmışıq. Orda tək müdafiənin səhvi yox idi.
- Yəqin ki, 1:1 hesabı sizi qane etmədi.
- Əlbəttə. Qapımızdan qol buraxmamalıydıq. Bu qol rəqibə xeyli üstünlük verəcək. Ancaq cavab oyununda hər şeyi dəyişmək olar.
- Keçən mövsümdə də “Qarabağ” “Qəbələ”ni məhz 1/4 finalda kubokdan uzaqlaşdırmışdı. Bu dəfə şanslarınızı necə görürsən?
- Məncə, şanslar eynidir. Ancaq çalışacağıq ki, vəziyyəti öz xeyrimizə dəyişək.
- Baş məşqçiniz Ramiz Məmmədov əminliklə bildirib ki, növbəti mərhələyə məhz sizin komanda keçəcək.
- Biz öz gücümüzə inanırıq. Futbolçular məşqçiyə, məşqçi də futbolçulara inanır. Ramiz müəllim bu fikri deməklə bir daha bizə güvəndiyini göstərib.
- Premyer Liqanın 22-ci turunda səfərdə AZAL-la çətin oyununuz var. Bu haqda nə deyə bilərsən?
- AZAL-ın durumundan xəbərdarıq. Bilirik ki, ilk “altılığ”a düşmək üçün son şansları olacaq. Ona görə də bütün güclərini səfərbər edəcəklər. Bizə lazımdır ki, ilk “altılıq” oyunlarına ehtiyat xal toplayaq. Ancaq qələbəyə çalışacağıq.
-Komandanızın durumu nə yerdədir? İtki yoxdur?
- Demək olar ki, hər şey qaydasındadır. Tam şəkildə AZAL-la oyuna hazırlaşırıq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi