Böyükağa Hacıyevdən Cavid İmamverdiyev açıqlaması

Böyükağa Hacıyevdən Cavid İmamverdiyev açıqlaması
ÖLKƏ FUTBOLU 28 Fevral 2013 / 17:31 4341
-  A +

"Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında o deyib ki, Azərbaycan kuboku uğrunda keçirilmiş “Simurq” - “Neftçi” matçının 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxıblar: "Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi. Bundan əlavə Cavid oyundan sonra rəqib komandanın futbolçusuna qarşı qeyri etik davranmaqla intizam qaydalarını pozdu və haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırıldı. Qarşılaşmadan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə Cavid İmamverdiyevin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq etdiyi hərəkətə görə cavab verməlidir” - deyə o qeyd edib.

Daha çox


Son xəbərlər