Bakının “İnter” klubunun yarımmüdafiəçisi Samir Zərgərovun Qol.Az saytına müsahibəsi
- Dünən Azərbaycan kubokunun 1/4 finalında “Bakı” ilə qarşılaşdınız. Oyun haqqında fikirlərini bölüşərdin.
- Rəqibiz güclü komandaydı. Oyun çox çətin alındı. Hesabı qoruya bilsəydik, daha yaxşı olardı. Amma “Bakı” hücumlarının kəsərini get-gedə artırdı və bərabərlik qolunu vurdu.
- “Neftçi”yə məğlubiyyətdən sonra yəqin komandada psixoloji vəziyyət bir az fərqliydi?
- Düzdür, “Neftçi” ilə oyundan sonra psixoloji gərginlik var idi. Amma məncə bu, oyunda özünü göstərmədi.
- Amma rəqib daha yazşı təsir bağışlayırdı. Daha çox hücum edən “Bakı” idi.
-Yox. Mən elə deməzdim. Ola bilər, səfərdə çıxış etdiyimiz üçün biraz ehtiyatlı oyuna üstünlük verdik. “Bakı”dan geri qalmırdıq.
- Nəticəni qənaətbəxş sayırsınız?
- Hesabı qoruya bilsəydik, yaxşı olardı. Çünki “Bakı” güclü komandadır. Cavab oyununda işimiz çətin ola bilər. Ancaq 1:1 hesabını da pis nəticə saymıram.
- Cavab oyununda şanslarınızı necə görürsən?
- İkinci oyunda şanslarımız bərabərdir. Bizim rəqib meydanında qol vurmaq kimi üstünlüyümüz olsa da, “Bakı”nın oyununa əsasən deyə bilərəm ki, matç asan olmayacaq. Ona görə də şansları 50/50-yə görürəm.
- Premyer Liqanın 22-ci turunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun haqda nə fikirdəsən?
- “Qarabağ” çempionatın ən güclü komandalarındandır. Bu komandayla oyunumuz həmişə çətin olub. Çalışacağıq ki, qələbə qazanıb turnir cədvəlində yerimizi qoruyaq. Ancaq bilirik ki, “Qarabağ” hər il olduğu kimi bu ildə çempionluğa iddialıdır. Ona görə bizi ən çətin oyunlardan biri gözləyir.
-"Qarabağ"dan başqa “Neftçi" ilə "Simurq"da çempionluğa iddialıdır.Bu komandaları necə rəqib görürsünüz?
-Bəli bu komandalar da çətin rəqiblərdir. Oynadığımız oyunlara baxanda görürük ki, hər üç komanda ilə oyunumuz çətin olub.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi