Vüqar Nadirov: "Uzaqdan qol vurmağı sevirəm"

Vüqar Nadirov: "Uzaqdan qol vurmağı sevirəm"
ÖLKƏ FUTBOLU 28 Fevral 2013 / 00:07 3346
-  A +

“Oyun çətin oldu. Amma əsas odur ki, yaxşı nəticə ilə döndük. Öz səhvimizdən qapımızda qol görsəkdə, ikinci hissədə bizə çox lazım olan qolu vura bildik. Qol vuracağımı gözləyirdim. Uzaqdan qol vurmağı sevirəm. Bunun üçün çox çalışırdım. Şükürlər olsun ki, komandamaın vacib qolunu vurdum”.

Qol.Az-ın saytına açıqlamasında  bu sözləri “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyunundan (1:1) sonra deyib.

O, “Qəbələ” ilə cavab oyununun heç də asan olmayacağını bildirib: “Düzdür bu bizim üçün sərfəli nəticədir. Ancaq arxayınlaşmamalıyıq. İkinci oyun gözlənilməz nəticə ola bilər. Ona görə də cavab oyununda bundan da diqqətli olmalıyıq. Əslində cavab oyunu daha məsuliyyətli oyundur”.

Vüqar Nadirov Premyer Liqanın 22-ci turunda “İnter”lə qarşılaşacaqları oyun haqqında danışıb: “İnter” çox çətin rəqibdir. Güclü müdafiə olunmaqla yanaşı yaxşı əks hücumları da var. Bu oyun bizim üçün çox vacibdir. Çünki qalib gəlsək turnir cədvəlində birinci pilləyə qalxacağıq. Ona görə də bu oyuna ancaq üç xal üçün çıxacağıq”.

Daha çox


Son xəbərlər