Ramiz Məmmədov: «Söz verirəm ki, yarımfinala adlayan məhz «Qəbələ» olacaq»

Ramiz Məmmədov: «Söz verirəm ki, yarımfinala adlayan məhz «Qəbələ» olacaq»
ÖLKƏ FUTBOLU 27 Fevral 2013 / 17:22 2694
-  A +

Azərbaycan kubokunun 1/4 mərhələsinin «Qəbələ» ilə «Qarabağ» arasında baş tutan ilk oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ramiz Məmmədov görüşlə bağlı fikirlərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, o bildirib ki, bugünkü qarşılaşmada «Qarabağ»da müdafiəçi Ansi Aqollinin hücumlara qoşulmaması rəqibin qol buraxmaq istətəməsini göstərib.


«Buna baxmayaraq, ilk yarıda qol vurduq, ikinci hissədə isə qol buraxdıq. Mən heç-heçəyə görə heç kimi günahlandırmaq istəmirəm. Mənim üçün Azərbaycan futbolunda ev və ya səfər oyunu anlayışı yoxdur. Sizə söz verirəm ki, yarımfinala adlayan məhz «Qəbələ» olacaq» - deyə R.Məmmədov vurğulayıb.

 

 

Daha çox


Son xəbərlər