“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Bu gün ölkə kubokunun 1/4 finalında “Qəbələ” ilə oyununuz var. Bu görüş haqda fikirlərini bölüşərdin?
- Artıq həm çempionatın, həm də kubokun əsas mərhələsi başlayıb. Bu gün çox güclü rəqibə qarşı oynayacağıq. “Qəbələ” həm çempionata, həm də kuboka iddialı komandadır. Hücum xətti də çox güclüdür. Bilirik ki, “Qəbələ” evdə çox gözəl təsir bağışlayır. Maraqlı və gərgin oyun gözlənilir. Çalışacağıq ki, uğurlu nəticə ilə geri dönək.
- Qeyd etdin ki, rəqibin güclü hücum xətti var. O hücumçular üçün tədbir görmüsünüz?
- “Qəbələ”ni tanıyırıq. Birinci dəfə deyil qarşılaşırıq. Amma biz əlimizdən gələni edəcəyik ki, bu gün “Qəbələ”nin hücumçularının qarşısını alaq.
- Keçən ildə “Qəbələ”ni kubokdan sizin komanda uzaqlaşdırmışdı. Bu il bunu etmək çətin olmayacaq?
- Keçən il də “Qəbələ”ni çətinliklə keçmişdik. Səfərdə vurduğumuz iki qolun sayəsində bunu etmişdik. İndi bizə daha çətin olacaq. Məncə, “Qəbələ” keçən ilkindən daha güclüdür.
- Son vaxtlar komandanızda qolları müdafiəçilər vurur. Bunu yaxşı , yoxsa pis hal kimi qiymətləndirirsən?
- Əsas odur ki, komanda qol vurur. Biz bir komandayıq. Hər halda kimliyindən asılı olmayaraq, komanda qol vurursa, bunu qiymətləndirmək lazımdır.
- Bəzi klublar bunu etiraf etməsə də bilirik ki, onlar çempionluq şanslarının az olmasını nəzərə alıb ancaq kuboku hədəfləyiblər. Siz necə kuboka və çempionluğa eyni istəklə yanaşırsınız?
- Əslində kimsə deyirsə, kubok və ya çempionluq hədəfimizdir, bu, düz deyil. Biz indidən kubokun finalını və ya çempionatın sonluğunu fikirləşməməliyik. Hazırda yalnız qarşıdakı oyunu, qarşıdakı doxsan dəqiqəni düşünməliyik. Hər bir istəyin öz vaxtı var. Bütün oyunlara eyni istəklə çıxırıq. Mövsümün sonunda, yəni may ayında istəyimizə nail olub-olmadığımız müəyyənləşəcək.
-“Qarabağ” yeni hücumçu – Emeko Oparanı transfer etməyə hazırlaşır. Bu oyunçu ilə bağlı nə deyə bilərsən?
- Opara Azərbaycan çempionatında tanınmış hücumçu olub. Özünü vaxtilə yaxşı tərəfdən göstərib. İnanmaq istərdim ki, biz də də çıxışı uğurlu olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı