Rauf Əliyev: "İlk "altılıq"dakı komandalarla başabaş mübarizə aparmağa qadirik"

Rauf Əliyev: "İlk "altılıq"dakı komandalarla başabaş mübarizə aparmağa qadirik"
ÖLKƏ FUTBOLU 26 Fevral 2013 / 15:13 2552
-  A +

“Komandamızda vəziyyət normaldır. İlk “altılıq”da şanslarımız artıdığından futbolçularımızın əhvalı yerindədir. Hazırda ancaq sabahkı kubok oyununu fikirləşirik. Rəqibimiz də çox güclü komandadır. Çempionluğa ən iddialı bir komandadır. Ola bilər ki, kubok oyunu tam fərqli olsun. Amma yenə də sabahkı oyun çox çətin olacaq. Eyni zamanda maraqlı matç gözlənilir”

Bu sözləri Qol.Az saytının müxbirilə söhbətində “Bakı”nın hücumçusu Rauf Əliyev ölkə kubokunun ¼ finalında sabah “İnter”ə qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Milli komandamızın üzvü hədəflərinin həm kubok, həm də çempionluq olduğunu bildirib: “Rəhbərlik indiki məqamda hər iki tərəfdə fəal olmağı komandaya tapşırıb. “İnter”lə oyun nə qədər vacibdirsə çempionatda “Rəvan”la oyunumuz da o qədər önəmlidir. Bilirik ki, ilk “altılıq oyunları heç də asan olmayaca. Ancaq biz ilk “altılıq”da olan komandalarla başabaş mübarizə aparmağa qadirik. Ona görə də hər iki cəbhədə vuruşmalıyıq".

R.Əliyev “Bakı”nın heyətində meydana start heyətdə  çıxmamasına da aydınlıq gətirib: “İlk onbirlikdə meydana çıxmasam da hər oyun meydana daxil oluram. Bu baş məşqçinin qərarıdır. Yəqin komandaya təzə gəldiyimə görə belə məsləhət bilir. Qarşıdakı oyunlarda inşallah start heyətdə meydana çıxaram”.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə