“Xəzər Lənkəran” baş məşqçisi Karles Martorell Bakeslə yollarını ayırması ilə bağlı rəsmi açıqlama yayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Xəzər Lənkəıran” rəhbərliyi məşqçinin komandadan ayrılmaq təşəbbüsünə etiraz etməyərək, istefa ərizəsini qəbul edib.
İstefasıyla bağlı klubun saytına açıqlama verən K.Bakes bildirib ki, futbol həyatı gözlənilməzliklərlə zəngindir: “Mən buraya komandanın dinamikasını artırmaq üçün gəlmişdim. Ancaq gəlişimlə komandanın çıxışları uğursuz alınmağa başladı. Məhz buna görə, “Qəbələ” ilə oyundan sonra mən rəhbərliyə istefaya getməyim haqqında təklif verdim ki, komandanı irəli apara biləcək başqa namizədlərə yol açım. Düşünürəm ki, indi mənim gedişim üçün ən yaxşı vaxtdır. Ola bilsin ki, mənim məhz indi getməyim komandaya uğur gətirsin”.
Məşqçinin sözlərinə görə, qış fasiləsinə qədər “Xəzər Lənkəran”ın heyəti kasad idi və o, həmin fasilə ərzində komandanın güclənəcəyinə ümid bəsləyirdi. Lakin “Xəzər Lənkəran”ın son çıxışları onu istefaya getməyə vadar etdi: “Düşünürəm ki, “Xəzər Lənkəran”da qazandığım təcrübə mənim üçün gələcək kariyeramda faydalı olacaq”.
Növbəti məşqçiyə gəlincə, Martorell bunları deyib: “Məndən sonra gələcək məşqçiyə mən heç bir məsləhət vermək istəmirəm. Ancaq ümid edirəm ki, o, kifayət qədər təcrübəli və komandanı irəli apara biləcək gücdə bir mütəxəssis olacaq. Hazırda burada qalan Erik və Emin komandanı daha yaxşı tanıyırlar. Odur ki, onlar komandaya növbəti görüşlərdə uğur qazandırmağa qadirdirlər”.
Martorell azarkeşləri də unutmayaraq klub rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib: “Mən komandalarını çox sevən Lənkəran azarkeşlərini heç vaxt unutmayacağam. Onlar mənə hər zaman dəstək olublar. Eyni zamanda, klub rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Onlar komandaya xüsusi qayğı göstərərək, səmərəli iş üçün lazımi şəraiti yaratmışdılar. Deyə bilərəm ki, mən artıq yaşıl rəngi çox sevirəm”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı