Asif Məmmədov: "Neftçi" ilə oyunda "İnter" özünə bənzəmirdi"

Asif Məmmədov: "Neftçi" ilə oyunda "İnter" özünə bənzəmirdi"
ÖLKƏ FUTBOLU 24 Fevral 2013 / 13:16 2560
-  A +

“Dünən çox zəif çıxış etdik. Oyunumuz alınmadı. Hamı da gördü ki, bu “İnter”in oyunu deyil. Sanki meydançada “Neftçi” ilə “İnter” yox, başqa bir komanda oynayırdı. "Neftçi" ilə oyunda "İnter" özünə bənzəmirdi".

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Premyer Liqanın 21-ci turunda “Neftçi”yə məğlub  olduqları oyun (0:2) haqda danışarkən deyib.

O, eyni zamanda məğlubiyyətin səbəbini də izah edib: “Bizim üstün cəhətlərimizdən biri  yaxşı top saxlamağımızdır. Ancaq bu oyunda bunu edə bilmədik. Müdafiədə elə də səhvlərimiz olmadı. Sadəcə biz oyunda “Neftçi”dən zəif çıxış etdik. Sanki dünən bizim günümüz deyildi. Ancaq biz qətiyyən ruhdan düşmürük. Qarşıda on bir oyun var. Bu oyunlara hazırlaşıb yaxşı nəticələr əldə etməliyik".

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə