Böyükağa Hacıyev: “Neftçi” bütün rəqiblərini tək-tək "döyəcək"

Böyükağa Hacıyev: “Neftçi” bütün rəqiblərini tək-tək "döyəcək"
ÖLKƏ FUTBOLU 23 Fevral 2013 / 20:28 4830
-  A +

“Biz dedik və elədik. “Neftçi” bütün rəqiblərini tək-tək "döyəcək". Oyundan çox məşqi xatırladırdı. 90 dəqiqə ərzində “İnter”in 1-2 qol epizodu oldu. Turnir cədvəlində ədalət öz yerini tapdı. Altılıq oyunlarında komandam özünün pik nöqtəsinə çatacaq.

Qol.Az-ın məlumatına görə,bu sözləri “Nefçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer liqasının 21-ci turunda “İnter”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Baş məşqçi rəqib komandanın oyunu haqqında da danışıb:”İnter” çempionluğa oynayan komandadı, bir az da olsa təzyiqini hiss etməliydik oyunda. Amma bunu görmədik. Komandamda oyun intizamı yaxşı idi, rəqibə boş zona vermədik”.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə