“Oyun bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Qalib gəlsək demək olar ki, ilk “altılıq”dakı yerimizi təmin edə bilərdik və dörd oyunda maksimum nəticə əldə etmiş olardıq. Komandamız doxsan dəqiqə üstün tərəf olsa da, təəssüf ki, qalib gələ bilmədi. Şanslarımızı kimlərəsə buraxdıq. Bugünkü oyunun nəticələrini gözləyirik”.
Bu sözləri Qol.Az saytının müxbirilə söhbətində “Bakı”nın müdafiəçisi Aqil Nəbiyev Topaz Premyer Liqanın 21-ci turunda dünən “Simurq”a qarşı keçirdikləri oyun (0:0) haqda danışarkən deyib.
Oyunun 90+3-cü dəqiqəsində hakimin təyin etdiyi penalti haqda da münasibət bildirən futbolçu hakim qərarının doğru olduğunu bildirib: “Anar Salmanov oyunu çox gözəl idarə etdi. Penalti epizodu yaranarkən ötürməni mən vermişdim. Mən topu Penaya atdım, qapıçı da onu yıxdı. Eynilə “Fənərbaxça” – BATE oyunundakı kimi. Pena penaltini vurandan sonra isə topun qapıçının əlinə dəyib-dəyməməsini bilmirəm. Həmin an qapıya baxmırdım. Ancaq mənə elə gəlir ki, hakim epizoda yaxın olduğu üçün düzgün qərar verib. Futbolçular və Anar Salmanov özü də dedi ki, top qapıçının əlinə dəyməyib. Mövcud qaydalara görə də, top dirəkdən qayıdırsa penaltini vuran futbolçu təkrar zərbə endirə bilməz. Həmin anda Penanın arxasında rəqib müdafiəçiləri olduğundan o topu vurmaq məcburiyyətində qalıb”.
İlk “altılıq” şanslarından da danışan təcrübəli müdafiəçi qeyd edib: “Şansımız öz əlimizdə deyil. Bu gün “Qəbələ” “Xəzər Lənkəran”a qalib gəlsə, işimiz xeyli asanlaşacaq. Çünki növbəti oyunda “Rəvan”a qalib gəlib ilk “altılıq”da qala bilərik”.
A.Nəbiyev Premyer Liqanın təqvimindən gileylənib: “Simuq” – “Bakı” oyununun dünən, “Qəbələ” – “Xəzər Lənkəran” oyununun isə bu gün keçirilməsi fikrimcə düzgün deyil. Çünki UEFA-nın reqlamentində də var ki, çempionatın son iki turu eyni vaxtda, eyni gündə oynanılmalıdır. “Qəbələ”, “Bakı” və “Xəzər Lənkəran” hər üçü ilk “altılıq” üçün mübarizə aparır. Ona görə də bu komandaların oyunlarını eyni günə və eyni vaxta salmaq lazım idi”.
Ramiq Ağaməmmədov
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı