“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqanın “Rəvan”a qarşı keçirilən oyunundan (3:2) sonra Qol.Az saytına müsahibə verib
- Bu gün “Rəvan” üzərində çətin qələbə qazandınız. Görüş haqda təəssüratlarını bilmək istərdim.
- Əslində oyun çətin olmayacaqdı. İşimizi özümüz çətinə saldıq. İkinci qola qədər rəqibi hər bir cəhətdən üstələyirdik. Ancaq “Rəvan” birinci topu qapımıza vurandan sonra oyunlarında canlanma oldu və hesabı bərabərləşdirdilər.
- Hesabda 2:0 irəli olduğunuz vaxt qapınızda iki top görməyinizin səbəbi arxayınçılıq idi?
-Bəli, ikinci qoldan sonra biz rahatlaşdıq. Bizim belə oyunlarımız bundan əvvəl də olub. Amma bilirik ki, bunun çox acı nəticələri ola bilər. Əgər ikinci qoldan sonra arxayınlaşmasaydıq, oyunda 4-5 qol vura bilərdik. Əsas odur ki, bizə çox vacib olan qələbəni qazandıq.
- İkinci hissədə meydana çıxıb oyunu xeyli canlandırdın. Səncə start heyətdə meydana çıxsan, komandaya daha çox fayda verməzsən?
- Komandamıza qələbə lazımdır. Kimin oynamağının fərqi yoxdur. Bu, baş məşqçinin fikridir. Mən də bu fikrə hörmətlə yanaşıram.
- Qurban Qurbanov səni niyə ikinci hissədə oyuna daxil edir?
- Yəqin bu da bir taktiki gedişdir. Məhz lazım bildiyi vaxtda məni meydana buraxaraq oyunu canlandırmağımı istəyir. Bizim komandada futbolçular qardaş kimidir. Fərqi yoxdur, mən oynadım, ya da başqası.
- “Qarabağ”ın hücum xəttində problem görürsən?
- Çoxları elə hesab edir ki, problem var. Ancaq mən problem görmürəm. Vaqif Cavadov hücumda yaxşı təsir bağışlayır.
- Problem yoxdursa, niyə bu gün rəqib qapısına üç qolun ikisini müdafiəçi vurdu, digərini isə yarımmüdafiəçi?
- Qol vurmamaq o demək deyil ki, hücumçu pisdir. Qol vurmasa da, meydanda çox iş görür. Hərdən görürsən müdafiəçi qol vurur. Hərdən də hücumçu müdafiəçi kimi qapıdan top çıxarır.
- Qarşıdan “Qəbələ” ilə kubok oyunu və Premyer Liqanın 22-ci turunda “İnter”lə oyun gəlir. Bu oyunlar haqda nə düşünürsən?
- Birinci oyunumuz “Qəbələ”ylədir. Hələ ki, ancaq bu oyunu fikirləşirik. “Qəbələ”yə qarşı oyunumuz çətin alınır. Üstəlik rəqib indi daha da güclənib. Yeni legionerləri var. Bu komanda çox güclü hücum xəttinə malikdir. Ancaq “Qarabağ”ı da hamı tanıyır. Oyuna ancaq qələbə üçün çıxacağıq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı