“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqanın 21-ci turunda “İnter”ə qarşı keçiriləcək oyun ərəfəsində bu gün mətbuat konfransı təşkil edib. Qol.Az saytının yaydığı xəbərə görə, B.Hacıyev sabahkı mərkəzi qarşılaşmayla bağlı müxtəlif suallara cavablandırıb.
- “İnter”lə oyun haqda fikirləriniz necədir?
- Bu, bizim üçün çox fərqli bir oyun olmayacaq. Daha doğrusu, adi oyunlardan biridir. Hamı “Neftçi”yə qarşı görüşə böyük motivasiya ilə çıxır. Bu da onu göstərir ki, Azərbaycanda birnömrəli komanda “Neftçi”dir. “İnter”ə hörmətlə yanaşırıq. Layiqli rəqiblərdən sayırıq. “İnter”in çox ağıllı baş məşqçisi var. Yaxşı futbolçulardan ibarət komandadır.
- Kaxaber Sxadadzenin bugünkü mətbuat konfransına gəlməməsini necə qiymətləndirirsiniz?
- Onun qərarına hörmətlə yanaşıram. Bəlkə də hansısa taktika üzərində işləyir, ona görə gəlməyib. Onsuz da sabah qarşılaşacağıq.
- Siz adətən, Azərbaycanda işləyən gürcü məşqçilər haqda sərt danışırsınız. Bu dəfə isə ehtiyatlı fikirlər işlədirsiniz.
- Ehtiyat etmirəm. Sadəcə, kiminsə dalınca danışmaq istəmirəm.
- “İnter” Azərbaycan Premyer Liqasının ən az top buraxan komandasıdır. Sizə sabah çətin olmayacaq?
- Unutmayın ki, “Neftçi” də ən çox top vuran komandadır. Bizim Kanales kim qol silahımız var. Əgər Rəşad Sadiqov İtaliyada Milanın “İnter” komandasına 30 metrdən qol vurursa, gərək Bakı “İnter”inə 50 metrdən qol vursun. Biz sabah “İnter”ə açıq futbol təklif edəcəyik. Böyükağa Hacıyev necə futbol oynayıbsa, komandası da elə oynayır.
- Mütəxəssislər bildirir ki, çempion adına üç əsas namizəd var: “İnter”, “Neftçi” və “Qarabağ”. Buna münasibətiniz?
- Mən də deyirəm ki, kim güclüdür, o da qalib gəlsin. Bu gün çempionatımızda qruplaşma var. İndi bu haqda açıqlama verməyəcəyəm. Amma bilin ki, biz o qruplaşamaya qarşı tək oynayacağıq.
- Hansı komandaların birinci alıtığa düşmək şansını yüksək qiymətləndirirsiniz?
- Bu gün “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı” altılıq uğrunda oynayır. Onların taleyi təkcə öz əllərində deyil. AZAL-ın da şansı var. Mən tarixi vərəqləməyi xoşlayıram. Bir dəfə “Xəzər Lənkəran”dan demişdilər ki, hamıya uduzsaq ki, “Neftçi”yə məğlubiyyəti xoşlamırıq. “Xəzər Lənləran” bu mövsüm hamıya uduzub, amma “Neftçi”yə qalib gəlib. Buna baxmayaraq, ilk altılığa düşə bilmirlər.
- “Neftçi”yə Azərbaycanda rəqib olmadığını deyirsiniz. Bəs, sizə, Böyükağa Hacıyevə rəqib var?
- Böyükağa birdir. Bəlkə 55 ildən sonra yenisi gələ, ya gəlməyə.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı