"Xəzər Lənkəran”a məxsus, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun ikinci komandasında icarə əsasında oynayan, eyni zamanda U-17 Azərbaycan millisinin futbolçusu Cem Felek klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Məlum olduğu kimi, adın müqavilə ilə “Xəzər Lənkəran”la bağlıdır. Özünü “Xəzər Lənkəran”lı kimi hiss edirsən?
- Bildiyiniz kimi, mən hazırda Azərbaycan milli komandasında oynayıram. Türkiyədə və ya Azərbaycanda doğulmağımın heç bir fərqi yoxdur. Türkəm, amma qəlbim Azərbaycan üçün də döyünür. “Xəzər Lənkəran” mənə sahib çıxdı, mənə kömək etdi. Mən də bu sevginin qarşılığını “Xəzər Lənkəran”a və Azərbaycana bəsləyirəm.
- Hazırda Almaniyada top qovursan. Komandanın mövcud vəziyyəti necədir?
- Düzünü desəm, komandanın hazırkı durumu elə də yaxşı deyil. Mən də bir müddətdir ki, zədəliyəm. Çalışıram ki, tezliklə zədəmi bərpa edərək, performansımı geri qaytarım. O zaman komandaya faydalı olacağıma əminəm. Komandanın da qısa müddətdə daha yaxşı vəziyyətə gələcəyinə ümid edirəm.
- Komandadakı rolunu, oyun içindəki yerini necə dəyərləndirirsən? Komandaya faydalı olduğunu düşünürsənmi?
- Mən komandanın ən dəyərli oyunçularından biriyəm. Bunu hamı görür və bilir. Əgər komanda üçün faydalı olmasaydım, bu yerlərə gəlib çıxmazdım. Hazırda komandamın və Azərbaycan millisinin əsas oyunçularından biriyəm. Amma bilirəm ki, öz üzərimdə daha çox çalışmalıyam.
- Yeri gəlmişkən, öyrənmək bizim üçün maraqlı olardı; Avropa qrandlarından ən sevdiyin klub, bəyəndiyin məşqçi və ideal hesab etdiyin futbolçu hansılardır?
- Suallarınızı elə verdiyiniz ardıcıllıqla cavablandıracağam: "Real", Joze Mourinyo, Kristiano Ronaldo.
- Qayıdaq “Xəzər Lənkəran”a. Klubuun sənin yetişməyində rolunu necə dəyərləndirirsən? Bu klub sənə futbolçu olaraq nələr qatdı?
- Əlbəttə ki, “Xəzər Lənkəran”ın mənə əvəzsiz köməyi dəydi. Mübariz Mənsizmov və Mais Mənsimova çox təşəkkür edirəm. Onlar məni oğulları kimi görürlər və məndən heç vaxt dəstəklərini əsirgəmirlər. Mən də çalışıram ki, onların inamını boşa çıxarmayım.
- Futbolçu kimi professional gələcəyini necə görürsən?
- Indi bu barədə danışmaq düzgün olmaz. Bunu zaman göstərəcək. Amma mən peşəkar futbolçu kimi formalaşmaq üçün öz üzərimdə işləyirəm. Buna təkcə fiziki məşqlər aid deyil, həm də həyat tərzi çox önəmlidir. Mən məşqlərlə bərabər, yeməyimə, istirahət vaxtlarıma da nəzarət edirəm. Valideynlərim də bunun üçün mənə dəstək olur. İnşallah onların dəstəyi, özümün də zəhmətimlə yaxşı yerlərə gələcəyimi düşünürəm.
- Bildiyin kimi, “Xəzər Lənkəran” öz çılğın azarkeşləri ilə məşhurdur. “Xəzər Lənkəran”a dönmədən öncə onlara demək istədiyiniz bir şey varmı?
- Əlbəttə, Azərbaycanda azarkeşlərin futbola marağının günü gündən artması sevindirici haldır. Demək istəyirəm ki, futbolu ürəkdən izləmək çox yaxşı haldır. Azarkeşlər həddi aşmadan, bir-birinə hörmət edərək futbolu izləməyə davam etsinlər.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı