AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
-Premyer Liqanın 20-ci turunda “Bakı”ya 0:2 hesabıyla məğlub oldunuz. Bu oyun haqda fikirlərinizi bilmək itərdim.
-Uduzsaq da, pis təsir bağışlamamışıq. Rəqib bizdən çox çəkinirdi. Oyunun gedişində bu hiss olunurdu. “Bakı” əsasən müdafiə olunub bizi əks hücumda yaxalamaq istəyirdi. İki dəfə də buna nail oldular. Çoxlu qol epizodları yaratdıq. Heyif ki, qol vura bilmədik. Məğlub olmaqla çox vacib xallar itirdik.
-Son oyunların hamısında komandanız yaxşı oynasa da, qalib gələ bilmir.
-Düzdür qalib gələ bilmirik. Amma biz çalışırıq ki, nəticəni yaxşı oyun nümayiş etdirərək qazanaq. Çünki komanda oyun qura bilsə, gözəl oyun nümayiş etdirsə, qələbə qaçılmazdır.
-Qış fasiləsindən əvvəlki oyunları da nəzərə alsaq, artıq beş oyundur ki, komandanız qələbə qazana bilmir.
-Siz həmin oyunlarda bizim rəqiblərimizə baxın. “Neftçi”, “Simurq”, “Bakı” kimi klublarla qarşılaşmışıq. Biz hər oyunda qələbə qazanmaq istəyirik və meydana qələbə əzmiylə çıxırıq. Qalib gələ bilməmişiksə, bundan sonrakı oyunlarda qələbə qazanarıq.
- Amma ilk “altılığ”a düşmək şansınız demək olar ki, qalmayıb.
- Fikrimcə, dör komandanın şansı bərabərdir. Qarşıdakı iki oyunda mütləq qalib gəlib altı xalı əldə etməliyik. Əks halda “altılığ”a düşə bilməyəcəyik.
-Növbəti oyununuz autsayder “Kəpəz”lədir. Yəqin bu oyunda qalibiyyətsizlik sindromun qırmağı düşünürsünüz?
-Biz “Kəpəz”ə yuxarıdan aşağı baxsaq, özümüzü çətin vəziyyətə salarıq. “Kəpəz” məğlub olsa da, pis oyun göstərmir. Onlar da bu oyunda maksimum güc sərf edib qələbə qazanmağa çalışacaqlar. Çünki “Kəpəz” də neçə oyundur ki, qələbəyə həsrətdir. Ancaq biz “Kəpəz” və “Qəbələ”ylə oyunda mütləq qalib gəlməliyik.
- Belə bir xəbər yayılıb ki, klub rəhbərliyi sizi əvəzləmək istəyir. Hətta klub prezidenti bu barədə danışmaq üçün sizi yanına dəvət edib.
- Mən başa düşmürəm, digər klubların baş məşqçisi rəhbərliklə görüşmür? Öz klubumun prezidenti ilə görüşə bilmərəm? Klub prezidenti ilə görüşəndə bu haqda kiməsə hesabat verməliyəm? Bəli, klub prezidentii ilə görüşmüşəm və gələn ilin planından danışmışıq. İstefa söhbəti yalandır. Digər baş məşqçilər kimi mən də planlı şəkildə klub prezidenti ilə görüşürəm. Bu xəbəri dövriyyəyə buraxanlar arzularını yazırlar. Bu gün AZAL-da heç nə baş verməyib. AZAL -ın düzgün yolda olduğu hər oyunda görsənir.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı