“Biz bu görüşdə məğlub olsaq da, çoxdandır belə yaxşı oyun göstərmirdik. Qələbə üçün çox çalışdıq. İlk “altılıq”da yerimizi təmin etmək və “İnter”in turnir cədvəlində bizdən uzaqlaşmaması üçün mütləq qalib gəlməliydik. Ancaq təəssüf ki, gözlədiyimizin əksi oldu”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ” klubunun kapitanı Rəşad Abdullayev Premyer Liqanın 20-ci turunda “İnter”ə məğlub olduqları (1:2) oyunu şərh edərkən deyib.
O, məğlubiyyətin səbəblərini də izah edib: “Birinci hissə çox yaxşı oynasaq da, ikinci hissədə oyunumuz alınmadı. Rəqib qapımıza hər iki qolu təsadüfən vurdu. Öz səhvimizdən qapımızdan iki top buraxdıq. “İnter” oyunda küncdən zərbə belə qazanmadı. İki dəfə qapımıza yaxınlaşdılar, ikisi də qol oldu. İkinci hissədə “İnter” orta xətti gücləndirdi. Futbolda da belədir ki, yarımmüdafiə xətti hansı komandada güclüdürsə, həmin tərəf üstün olur”.
R.Abdullayev Premyer Liqanın 21-ci turunda “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyun haqqında da danışıb: “Bu oyun bizim üçün final oyunu kimidir. Bu oyunda hansı komanda qələbə qazansa ilk “altılıq”da qalacaq. İlk “altılığ”a düşməkdən əlavə həm də ehtiyat xallar yığmaq baxımından bu oyun vacibdir. Çünki “altılıq”da mübarizə aparmaq üçün xallarımızı artırmalıyıq. “Xəzər Lənkəran” la oyunda ancaq qələbəyə oynayacağıq. Çünki bu, bizim son şansımızdır. Başqa çıxış yolumuz yoxdur”.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı