“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın baş məşqçisi Böyükağa Hacıyevin növbəti dəfə səsləndirdiyi “Azərbaycan çempionatlnda “Neftçi”yə rəqib elə “Neftçi” özüdür” fikrinə münasibət bildirib.
Qol.Az saytına açıqlamasında o deyib ki, onlar bütün rəqiblərinə hörmətlə yanaşırlar.
“Klublarımızın oyun səviyyəsi nə qədər artarsa, o qədər də çempionatda rəqabət artar və bunun nəticəsində Avropada uğur qazana bilərik. Biz əvvəlki oyunlarda “Sumqayıt” və “Rəvan” kimi komandalara məğlub olmuşuq. Bəlkə də Böyükağa Hacıyev ona görə deyib ki, “Neftçi”yə rəqib elə “Neftçi” özüdür. Yəni belə komandalara qarşı oyunlarda arxayınlaşıb məğlub olmuşuq”.
Klub rəsmisi daha sonra qeyd edib ki, Azərbaycanda “Neftçi”dən başqa 4-5 klub minimum Avroliqanın qrup mərhələsində oynaya bilər: “Neftçi”nin Avroliqadakı rəqibi “Rubin” klubu Avroliqanın 1/16 final mərhələsinin ilk oyununda azlıqda qalmasına baxmayaraq, Ardalı, Falkaolu “Atletiko”ya qalib gəldi. Əgər bu gün “Qarabağ”, İnter”, “Xəzər Lənkəran” kimi klublar “Neftçi” ilə başabaş mübarizə aparırlarsa, niyə onlar Avroliqanın qrup mərhələsində oynamasınlar? Klublarımızın maddi və infrastruktur baxımından buna imkanları var. Çempionatımızın səviyyəsi heç də aşağı deyil. Biz heç bir klubumuza qarşı yuxarıdan aşağı baxmamışıq. “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi klublar nəinki bizə rəqib ola bilər, hətta Avroliqanın qrup mərhələsində də çıxış etməyə qadirdirlər”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı