Mübariz Mənsimov: "10-11 maşınım var, sürücüm yoxdur”

Mübariz Mənsimov: "10-11 maşınım var, sürücüm yoxdur”
ÖLKƏ FUTBOLU 18 Fevral 2013 / 12:43 4978
-  A +

“Xəzər Lənkəran” klubun sahibi Mübariz Mənsimov Türkiyənin “Hürriyyət” qəzetinə müsahibə verib.

Qol.Az-ın məlumatına görə, müsahibə əsasən M.Mənsimovun iş fəalliyyətinə həsr olunub.Jurnalistin dövlət rəhbərləri arasında şərikləri olması ilə bağlı sualına cavabında “Palmali”nın sahibi deyib: “Hazırda 45 yaşındayam. Bugünə qədər şanslı bir həyat yaşadım, yaşamağa da davam edirəm. Əlbəttə, bu günlərə mən təkbaşına gəlməmişəm, komandamla birgə gəlmişəm.Azərbaycan da daxil olmaqla, heç bir dövlətlə, ölkə başçıları bir yana, dövlət məmurları ilə belə şərikli bir iş görməmişəm.Onların arasında yaxınlarım, dostlarım ola bilər, amma şəriklərim olmayıb, olmayacaq da” .

“Xəzər Lənkəran”ın sahibi bahalı avtomobillərə marağı olması ilə bağlı suala da cavab verib: “Əslində bu fikirlər yanlışdır. Mənim maşın xəstəliyim yoxdur. Beş ildə cəmi bir avtomobil dəyişdirirəm. Hazırda “Range Rover” istifadə edirəm. Sürücüm belə yoxdur. Maşını özüm sürürəm.Bəli, geniş bir qarajım var. Amma kolleksiyam çox deyil. Antik maşınları sevirəm.İmkanım varsa, istədyim hər şeyi ala bilərəm. Düzü saymamışam, amma harda evim varsa, orda avtomobilim var. Özümün 10-11 avtomobilim, 5 yaxtam var. Türkiyədəki yeganə “Bugatti” mənim yox, qardaşımındır. Qardaşım mənə çox oxşayır deyə, elə bilirlər, maşın da mənimdir. Onun maşınlara marağı var. Maarif Mənsimov şirkətimizin idarə heyətinin üzvüdür. Cavan oğlandır, belə şeylərə marağı çoxdur”.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə