“Oyun çətin keçdi. Düşünmürdük ki, “Sumqayıt”la oyunumuz belə çətin olar. Rəqib yaxşı müdafiə olunurdu. Meydanda boşluq yaratmırdılar. İlk hissədə hesabda irəli çıxdıq. İkinci hissənin əvvəllərində “Sumqayıt” bizə çətin anlar yaşatdı. Şükürlər olsun ki, sonradan hesabı 3:0 etdik və vacib qələbə qazandıq”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 20-ci turunda bu gün keçirilən “Qarabağ” – “Sumqayıt” oyunu (3:0) haqda danışırkən deyib.
Təcrübəli müdafiəçi oyunun 87-ci dəqiqəsində cərimə zəribəsindən vurduğu qol haqda da danışıb: “Çox nadir halda qolda qapıçının səhvi olmur. Məncə, bu qolda da qapıçının səhvi oldu. Zərbə qüvvətli oldu. Bəlkə də buna görə qapıçı topu çıxara bilmədi”.
Yeni transferlər haqda fikir bildirmək istəməyən R.Sadıqov komanda haqda ümumi şəkildə danışıb: “Hansısa futbolçu haqda ayrıca fikir bildirmək istəmirəm. Çalışırıq ki, komanda şəklində oyun göstərək. Komandamız yaxşı təsir bağışladı. Ancaq “Qarabağ” bundan da yaxşı oynamağa layiqdir və qadirdir. Bu məsuliyyəti hər bir futbolçumuz da dərk etməlidir. Çünki artıq oyunlar getdikçə çətinləşir”.
R.Sadıqov Premyer Liqanın 21-ci turunda “Rəvan”la oyun haqda fikir bildirib: “Rəvan” son oyunlarda inamlı təsir bağışlayır. Artıq iki oyundur ardıcıl qələbə qazanırlar. Qapılarında qol görməyiblər. Artıq “Rəvan” əvvəlkindən çox fərqlənir. Ona görə də düşünürəm ki, bizi çox çətin sınaq gözləyir.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı