“Qəbələ” Topaz Premyer Liqasının XX turunda “İnter”lə qarşılaşacaq. Bakıdakı görüş komandanın 2013-cü ildə ilk səfər matçı olacaq. Ramiz Məmmədovun komandası bu ilk səfərdə daha bir ilki gerçəkləşdirməyə çalışacaq.
Bu rəqiblə səfər oyunlarında qələbəsi olmayan “Qəbələ” Bakıdan üç xalla dönsə, ilkə imza atacaq. Paytaxt təmsilçisinin meydanındakı əvvəlki 9 oyunda qonaqlar yalnız 3 heç-heçə ilə kifayətlənib. 6 matçda isə “bankirlər” qalib gəlib. “İnter” öz meydanındakı qarşılaşmalarda top fərqində də öndədir – 22:6.
Yubiley – 10-cu səfər matçı həm də rəqiblər arasında ümumilikdə 20-ci qarşılaşma olacaq. Bu yubiley görüşünədək “Qəbələ” 4, “İnter” 9 qələbə qazanıb. Daha 6 dəfə isə bərabərlik qeydə alınıb. Rəqib qapısına 14 top vuran qəbələlilər 28-ni buraxıb.
Bu duellərdən 2-si kuboka təsadüf edib və hər komanda 1 qələbə əldə edib. Çempionatda isə “İnter”in 8, “Qəbələ”nin 3 qələbəsi var. 6 dəfə bərabərliklə ayrılan rəqiblərin matçlarında bakılılar 23 qol vurub. “Qəbələ” isə Premyer Liqada rəqib qapısına 12 dəfə yol tapıb.
Mənbə: gabalafc.az
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində
Konate "Liverpul"dan gedir
Messinin 6-cı dünya çempionatı
Kassano özünü “Qızıl top” sahiblərindən üstün sayır