“Bakı” klubunun yeni transferi Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Yeni komandana uyğunlaşa bilirsən?
- Problem yoxdur. Yerli komandamızdır. “Bakı”da bizə doğmadır. Futbolçuları da tanıyıram. Hamısı ilə münasibətim yaxşıdır.
- Elvin Məmmədovla tandemin daha yaxşı alınar. Hər halda “Qarabağ”da uzun müddət bir yerdə oynamısınız.
- Bəli. Elvinlə “Qarabağ”da yaxşı oyunlarımız olub, yaxşı tandem qururduq. “Bakı”nın heyətində bir neçə oyunçuyla – həmin Elvin Məmmədov, Aqil Nəbiyev, Kamran Ağayev, Cavid Hüseynovla da millidə oynayırıq və bir-birimizi yaxşı başa düşürük.
- “Sumqayıt”la görüşdə ilk 11-likdə olsan da, “Turan”la oyunda start heyətdə yer almadın...
- Bunu baş məşqçi məsləhət gördü. Millimizin oyunlarından sonra məndə yorğunluq var idi. Ona görə də ikinci hissədə meydana daxil oldum.
- Bundan sonra “Qarabağ”la oyunlarınız sənin üçün hardasa prinsipiallıq daşıyacaq?
- “Qarabağ” mənə doğma komandadır. Futbolçu kimi o komandada yetişmişəm. Ona görə də onlara qarşı hansısa mənfi hisslər keçirə bilmərəm. Prinsipial yox, adi oyun kimi baxaram.
- Qurban Qurbanov bildirmişdi ki, Rauf Əliyev başqa kluba keçsə, özü üçün də yaxşı olar. Bu fikrə münasibətin?
- Qurbam müəllim yəqin bunu mənim yaxşılığım üçün deyib. Çünki daha yaxşısını o bilər. Mən də fikirləşirəm ki, yeni komandaya keçmək mənim üçün yaxşı olacaq.
- Səncə “Bakı”da vuracağın birinci qol qollarını sıralamağa kömək edəcək?
- Əlbəttə. Mən də fikirləşirəm ki, bir qol vursam, bu, mənə psixoloji cəhətdən çox kömək edər. Əminəm ki, “Bakı”da bir yox, bir neçə qol vuracağam.
- Premyer Liqanın 20-ci turunda AZAL-la qarşılaşacaqsınınz. Həm “Bakı”nın, həm də AZAL-ın 23 xalı var. Altılığa düşmək üçün əsas mübarizə həm də bu iki komanda arasında gedir.
- Şanslarımız var. Üç xal üçün güclü mübarizə gedəcək. Biz bu oyuna son şansımız kimi baxırıq. AZAL da həmçinin. Ona görə də çox maraqlı və gərgin oyun olacaq. Oyuna ciddi hazırlaşırıq.
- Bəs “Bakı”nın ilk “altılıq” şanslarını necə görürsən? Deyirsən ki, hər şey AZAL-la oyundan asılıdır.
- AZAL-la oyun ən vacibidir. Çünki qalib gəlsək, 26 xalımız olacaq. Bununla da müvəqqəti də olsa ilk “altılıq”da yerimizi təmin edə bilərik. Digər iki oyunda da qalib gəlsək, “altılıq”da qalarıq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı